Əraqçi: "Tehran danışıqlarda iştirak etməyəcək"

Dünya

20.06.2025 11:33

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İsrail İrana hücum etdiyi müddətcə Tehran heç bir danışıqlarda iştirak etməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ danışıqlarla bağlı İrana mesajlar göndərib, lakin İsrail ordusunun (İDF) zərbələri fonunda diplomatiya mümkün deyil.

Nazirin müşaviri Məhəmməd-Hüseyn Rəncbəran isə açıqlayıb ki, "SEPAH" (İslam İnqilabı Keşikçiləri Korpusu) bir neçə gün əvvəl Əraqçinın həyatına edilən sui-qəsd cəhdinin qarşısını alıb.

Qeyd edək ki, iyunun 13-də İsrail “Aslan qalxması” adlı hərbi əməliyyatla İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. İran da cavab olaraq “Doğru vəd 3” əməliyyatı çərçivəsində İsrailin hərbi obyektlərini hədəfə alıb. Hücumlar nəticəsində hər iki ölkədə yüzlərlə insan yaralanıb və qarşılıqlı zərbələr davam edir.

Türkan İsgəndərli

tag: İran,İsrail,Əraqçi,XİN,Todaypress.tv,