Ekvador Prezidentinin maşınına hücum olundu

Dünya

08.10.2025 10:27

Ekvador Prezidenti Daniel Noboanın avtomobili təxminən 500 nəfərlik qrup tərəfindən mühasirəyə alınıb və maşına daşlar atılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Məlumata görə, hökumət sonradan avtomobildə güllə izləri aşkarlandığını bildirib.

Prezidentin xəsarət almadığı, beş nəfərin həbs edildiyi bildirilib. Bu hücum “cinayət” adlandırılıb.

Hadisədən sonra Yerli Xalqların Milli Federasiyası (CONAIE) bəyan edib ki, prezidentin gəlişi zamanı baş verən zorakılıq polis və ordu tərəfindən törədilib.

Hücuma məruz qalanlar arasında yaşlı qadınlar da olub. Onlar beş nəfərin əsassız yerə həbs edildiyini bildiriblər.

Qeyd edək ki, CONAIE 16 gün əvvəl hökumətin dizel subsidiyalarını ləğv etməsinə etiraz olaraq tətil və yol bağlama aksiyaları təşkil etmişdi.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ekvador,Prezident,Mühasirə,Avtomobil,Todaypress.tv,