Ekspert: “Ukrayna Avropa ölkələri ilə birlikdə nüvə silahı yarada bilər”
Dünya
23.06.2025 14:37
"Ukrayna yaxın gələcəkdə Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində öz nüvə silahını yaratmağa başlaya bilər".
TodayPress TV xəbər verir ki, bu barədə siyasətçi, xarici siyasət və raket texnologiyaları üzrə ekspert Vladimir Qorbulin “BBC”yə açıqlamasında bildirib.
Qorbulin Ukraynanın bu sahədə elmi məktəbi və texniki bazası olduğunu xatırladaraq, Kiyevin bu imkanlardan istifadə edərək nüvə silahı istehsalına başlamağa hazır olduğunu deyib.
“Bizə bu istiqamətdə irəliləmək üçün müttəfiq körpülər qurmaq lazımdır. Ukrayna hərbi elmdə müəyyən təmələ malikdir və bu, bizim potensialımızdır. Əgər hansısa Avropa dövləti ilə birləşsək, belə bir addımı atmaq mümkündür”, – deyə o bildirib.
Qorbulin bu xüsusda nüvə arsenalını gücləndirmək istəyən Fransanı və Rusiyadan təhlükə hiss edən digər Qərbi Avropa ölkələrini xüsusi olaraq qeyd edib. O, həmçinin Polşa Baş naziri Donald Tuskun “ölkəmizdə nüvə silahı yerləşdirmək istəyirik” bəyanatını xatırladaraq, bu istiqamətdə regional əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
Qiymət Mahir
tag: Ukrayna,Nüvə,Fransa,Polşa,Avropa,Todaypress.tv,