Ekspert: "Tramp və Mask arasında gərginlik tezliklə səngiyə bilər"

Dünya

06.06.2025 17:00

ABŞ prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında yaşanan açıq qarşıdurma medianın diqqətində qalmaqda davam edir. Amerikalı politoloq Malek Dudakov bu mübahisəni şərh edərək bildirib ki, gərginlik hazırda zirvəyə çatsa da, yaxın zamanda həll edilə bilər.

TodayPress TV xəbər verir ki, “Tsargrad”a danışan  Amerikalı politoloq Malek Dudakov bu mübahisəni şərh edərək bildirib ki, gərginlik hazırda zirvəyə çatsa da, yaxın zamanda həll edilə bilər.

Dudakov vəziyyətin sabitləşəcəyinə ümidlidir:

“Artıq bu səhərdən görürük ki, Mask bir qədər geri çəkilməyə başlayıb. Ağ Ev rəsmiləri isə Tramp və Mask arasında danışıqların təşkili ideyasını irəli sürürlər. Hesab edirəm ki, bu münaqişə mərhələsi tezliklə arxada qala bilər”.

Politoloq əlavə edib ki, bu şəxsi xarakterli münaqişə ABŞ-nin xarici siyasətinə və Moskva ilə münasibətlərə heç bir ciddi təsir göstərməyəcək.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Mask,Ağ Ev,todaypress.tv,