Ekspert: "Polşada Tramp qazandı"

Dünya

02.06.2025 17:28

"Polşada keçirilən prezident seçkilərində “Hüquq və Ədalət” partiyasının namizədi Karol Navrotskinin qalib gəlməsi yalnız sağçı düşərgənin deyil, həm də Donald Trampın siyasi kursunun uğuru kimi qiymətləndirilir".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı politoloq və polonist Stanislav Stremidlovski “Vzqlyad” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Navrotski seçki kampaniyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüş keçirib və faktiki olaraq onun “xeyir-duasını” alıb.

Ekspert vurğulayıb ki, bu qələbə Polşanın geosiyasi oriyentasiyasını da aydın şəkildə göstərir:

“Polşa ictimaiyyəti öz təhlükəsizliyini və maraqlarını ABŞ ilə əlaqələndirərək Vaşinqtonun orbitinə daxil oldu. Bu mənada Navrotskinin qələbəsi eyni zamanda Avropa siyasi elitasına qarşı çıxan Tramp xəttinin də qələbəsidir”.

Stremidlovskinin fikrincə, bu nəticələr Avropa İttifaqı ilə Polşa arasında münasibətlərə yeni gərginlik mərhələsi gətirə bilər.

Qiymət Mahir

tag: Eskpert,Polşa,ABŞ,Donald Tramp,