İranda enerji böhranı: Qeyri-iş günü elan edildi

Dünya

12.08.2025 18:45

İranın 31 bölgəsindən 16-sında hakimiyyət orqanları avqustun 13-ü dövlət qurumları üçün qeyri-iş günü elan edib. Bu addım ölkədə havaların ən isti dövründə elektrik enerjisi istehlakını azaltmaq məqsədi daşıyır.

TodayPress TV xəbər verir ki, bu barədə "SNN" məlumat yayıb.

Bildirilir ki, bəzi bölgələrdə banklar da fəaliyyətini müvəqqəti dayandıracaq. Son illərdə İranın enerji infrastrukturu ciddi şəkildə köhnəlib və bu, ölkənin müxtəlif hissələrində fasiləsiz elektrik təchizatında çətinliklərə səbəb olub.

Bundan əvvəl, 2024-cü il dekabrın 12-də prezident Məsud Pezeşkian videomüraciət yayaraq vətəndaşları evlərində temperaturu ən azı 2 dərəcə aşağı salmağa çağırmışdı. Məqsəd qaz ehtiyatlarını qoruyaraq ölkənin enerji sistemini sabit saxlamaq idi.

Türkan İsgəndərli

tag: İran,Elektrik,Enerji,Bank,Todaypress.tv,