Əfqanıstan Pakistanı atəşkəsi pozmaqda günahlandırır

Dünya

18.10.2025 14:45

Pakistan-Əfqanıstan münaqişəsi zamanı hava hücumlarında ən azı 10 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb.

TodayPress TV "Aljazeera"yə istinadən xəbər verir ki, Taliban rəsmisi Zəbihullah Mücahid Pakistanın Paktika vilayətində üç məntəqəni bombaladığını deyib.

Məlumata görə, Hücumlar nəticəsində ölənlər arasında iki uşaq da var.

Əfqanıstan hökuməti Taliban qüvvələrinin hazırda cavab əməliyyatları keçirməsə də, hüququnu saxladığını bildirib.

Hücumlardan sonra hər iki ölkənin rəsmiləri şənbə günü Qətərin paytaxtı Dohada böhran danışıqları aparacaq. Əfqanıstanın müdafiə naziri Molla Məhəmməd Yaqubun başçılıq etdiyi nümayəndə heyəti Dohaya yola düşüb. Pakistanın müdafiə naziri Xavaca Asif və kəşfiyyat rəhbəri general Asim Malik də danışıqlar üçün Dohaya gedir.

Qeyd edilib ki, Əfqanıstan Kriket Şurasının məlumatına görə, hava zərbələri nəticəsində Paktika əyalətinin Sharan şəhərində kriket matçından evə qayıdan oyunçular hədəf alınıb, üç oyunçu daxil olmaqla beş nəfər ölüb, yeddisi yaralanıb.

Xatırladaq ki, ötən həftə iki ölkə arasında sərhəddə baş verən toqquşmalar nəticəsində 48 saatlıq atəşkəs əldə olunmuşdu.

Jalə Rövşən

TodayPress TV

tag: Əfqanıstan-Pakistan ,Toqquşma ,Zəbihullah Mücahid ,Doha,Todaypress.tv,