Dünyanın ən hündür və uzun körpüsü istifadəyə verildi

Dünya

28.09.2025 14:12

Çinin Quizhou əyalətində Huajiang Kanyon Körpüsü istifadəyə verilib.

Çinin cənub-qərbindəki Quizhou əyalətində yerləşən Huajiang Kanyon Körpüsü bu gün üç illik tikintidən sonra açılıb. Körpü kanyon boyunca səyahət müddətini iki saatdan cəmi iki dəqiqəyə endirir.

TodayPress TV "Haber Global" a istinadən xəbər verir ki, Beipan çayından 625 metr hündürlükdə olan körpü San Fransiskodakı Qızıl Qapı Körpüsündən təxminən doqquz dəfə yüksəkdir. Quizhou əyalət rəsmilərinin bildirdiyinə görə, 1420 metr uzunluğunda olan körpü dağlıq ərazidə tikilmiş dünyanın ən uzun aşmalı polad truss asma körpüsüdür.

Rəsmilər əlavə edib ki, Huajiang Kanyon Körpüsü Liuzhi və Anlonq şəhərlərini birləşdirir və Quizhouda dünyanın ən hündür üç körpüsü yerləşir. Ümumilikdə dünyanın 100 ən hündür körpüsünün təxminən yarısı bu əyalətdədir. Körpü həm üfüqi, həm də şaquli istiqamətdə dünyanın ən böyük körpüsü hesab edilir.

Jalə Rövşən

TodayPress TV

tag: Huajiang Kanyon Körpüsü,Çin,