Dronlar Moskvanın səmasını bağladı - Hava limanlarında yüzlərlə reys gecikdi
Moskvada kütləvi dron hücumu səbəbindən hava limanlarında 400-dən çox reys gecikdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, ən çox gecikmə “Şeremetyevo” hava limanında qeydə alınıb. Burada 121 reysin gəlişi, 126 reysin isə uçuşu gecikdirilib.
“Vnukovo” hava limanında 60 uçuş və 69 eniş gecikdirilib, 11 reys isə ləğv olunub.
“Domodedovo” hava limanında 27 reys gecikdirilib, bir reys ləğv edilib.
“Jukovski” hava limanında isə iki reys ləğv olunub, yeddi uçuş və eniş gecikdirilib.
Aysel Mətləb