Çin İran və İsraildən vətəndaşlarını təxliyə edir
Dünya
23.06.2025 16:16
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib ki, Tehran səfirliyi və konsulluqları qonşu ölkələrin köməyi ilə İrandan müraciət edən vətəndaşlarını təhlükəsiz zonalara köçürür.
TodayPress TV xəbər verir ki, indiyədək 3125 Çin vətəndaşı, o cümlədən 10 aylıq körpə və 70 yaşlı kişi təhlükəsiz şəkildə təxliyə olunub.
Çinin İsraildəki səfirliyi isə 500-dən çox vətəndaşının təxliyyəsində kömək edib. Həmçinin, İngiltərə, Hindistan və Polşa vətəndaşlarının da təxliyəsinə dəstək göstərilib.
Çin Türkiyə, İran, Azərbaycan, Türkmənistan, Ermənistan, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniyanın köməyinə təşəkkürünü bildirib.
Bununla yanaşı, Tehran və Təl-Əvivdəki Çin səfirlikləri vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edən təhlükəsizlik xəbərdarlığı yayıb.
Türkan İsgəndərli
tag: Çin,İran,İsrail,Təxliyə,Todaypress.tv,