Çin, BƏƏ və Belarus şirkətləri Aİ-nin 17-ci anti-Rusiya sanksiyalar paketinə daxil edilib
Dünya
20.05.2025 19:10
Avropa İttifaqı altı Çin, iki Əmirlik və bir Belarus şirkətini əhatə edən 17-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin rəsmi Jurnalında dərc olunub.
Sanksiyaya məruz qalan Çin şirkətləri arasında “General Technology Group”, “Dalian Machine Tool”, “General Technology”, “Group Dalian Machine Tool”, “Import and Export”, “Shandong Oreelaser Technology”, “Skywalker Technology”, “Poly Technologies”, “Mile Hao Xiang Technology” şirkətləri var.
BƏƏ-dən “Eiger Shipping” və “Moonlight Shipmanagement” siyahıya daxil edilib.
Minsk “Təkərli Traktor Zavodu” da sanksiyalar siyahısına daxil edilib.
Məhdudiyyətlər Türkiyə və Honq Konqdan neft tankerlərinə sahib olan şirkətlərə də təsir edib.
Qeyd edək ki, mayın 20-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Nicat Osman
tag: Avropa İttifaqı ,Çin,Əmirlik,Belarus ,Todaypress.tv,