Çin ABŞ-yə nadir metalların ixracını məhdudlaşdırdı
Dünya
04.08.2025 09:49
Çin bəzi nadir metalların və maqnitlərin ixracına sərt məhdudiyyətlər qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.
Bildirilir ki, bu materiallar silahlar, dronlar və döyüş təyyarələri kimi hərbi texnikanın istehsalı üçün çox vacibdir.
Məhdudiyyətlər səbəbindən Qərb ölkələrinin müdafiə şirkətləri bu metallar üçün yeni mənbələr axtarmağa məcbur olublar. Bəzi hallarda bu, sifarişlərin bir neçə həftə gecikməsinə səbəb olub.
Treyderlər bildirirlər ki, bəzi vacib materialların qiymətləri əvvəlki dövrlə müqayisədə 5 dəfə və ya daha çox artıb. ABŞ-də silah istehsalında istifadə olunan 80.000-dən çox hissə Çin ixrac nəzarətinə düşür, bu isə ciddi risklər yaradır.
Çin hökuməti həmçinin bu metalların hərbi məqsədlərlə alınması barədə Qərb şirkətlərindən daha ətraflı məlumat tələb edir.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Metal,Silah,Todaypress.tv,