Qəzzada məktəblərin 95 faizindən çoxu dağıdılıb
Dünya
04.09.2025 18:15
Qəzzada məktəblərin əksəriyyəti ya dağılıb, ya da fələstinlilər üçün sığınacaq mərkəzinə çevrilib. Bir çox təhsil ocağı isə tamamilə xarabalığa dönüb.
TodayPress TV xəbər verir ki, Qəzzadakı Hökumətin Mətbuat İdarəsinin rəhbəri İsmail Sevabit bölgədəki təhsil vəziyyətinə dair açıqlama verib.
Onun sözlərinə görə, ardıcıl üçüncü ildir ki, təxminən 785 min şagird təhsildən kənarda qalıb:
Sevabit bildirib ki, Qəzza zolağındakı məktəblərin 95 faizindən çoxu zərər görüb, 90 faizdən çoxu isə tamamilə dağıdılıb və bərpaya ehtiyac var.
“İndiyədək məktəb, universitet və digər təhsil ocaqlarından 163-ü tamamilə, 388-i isə qismən dağıdılıb”, - deyə o əlavə edib.
Məcburi köçkünlərin yerləşdirildiyi məktəblərin 70 faizi də hücumlardan zərər görüb. Ən çox dağıntı Qəzzanın şimalında və Rəfah bölgəsində qeydə alınıb.
Töhfə Səməd
tag: Qəzza,Məkətəb,Şagird, İsmail Sevabit ,Todaypress.tv,