Cənubi Koreya ABŞ ilə nüvə yanacağının emalı barədə danışıqlar aparır

Dünya

02.10.2025 11:01

Cənubi Koreya istifadə olunmuş nüvə yanacağını müstəqil şəkildə təkrar emal etmək və zənginləşdirmək hüququ əldə etmək üçün ABŞ ilə danışıqlar aparır. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ço Hyun bildirib.

Nazirin sözlərinə görə, bu məsələ ABŞ ilə digər mövzularda, o cümlədən ticarət razılaşmaları və Koreyada yerləşən ABŞ hərbi qüvvələrinin saxlanması xərclərinin bölüşdürülməsi ilə birlikdə müzakirə olunur. Bütün bu məsələlər bir "paket sazişi" çərçivəsində həll oluna bilər.

Ço Hyun bildirib ki, danışıqlarda ümumi istiqamət müsbətdir, lakin çətinliklər də gözlənilir. O, siyasətçiləri ehtiyatlı olmağa çağıraraq, nüvə dövlətinə çevrilmək və ya nüvə potensialı əldə etmək barədə açıq bəyanatların danışıqları çətinləşdirə biləcəyini deyib.

Qeyd edək ki, Cənubi Koreyada ictimaiyyətin böyük hissəsi ölkənin atom bombası hazırlamasını dəstəkləyir. Lakin Prezident Li Cae-Myunq bildirib ki, Koreya nüvə silahlarının yayılmaması prinsipinə sadiqdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cənubi Koreya,ABŞ,Nüvə,Yanacaq,Todaypress.tv,