Cənubi Koreya 14,7 milyard dollarlıq əlavə büdcə ayırdı

Dünya

19.06.2025 12:22

Cənubi Koreya prezidenti Li Cae-myunun hökuməti ABŞ-nin ticarət tarifləri və zəif daxili tələbat fonunda zəifləyən iqtisadiyyatı dəstəkləmək üçün 20,2 trilyon von (təxminən 14,7 milyard ABŞ dolları) həcmində ilk əlavə büdcə paketini təqdim edib.

TodayPress TV "Xinxua"ya istinadən xəbər verir ki, prezident Li iyunun əvvəlində vəzifəyə başladıqdan sonra Nazirlər Kabineti iclasına sədrlik edib və əlavə büdcə qanun layihəsini təsdiqləyib.

Layihə gələn həftənin əvvəlində parlamentə təqdim ediləcək.

Ölkənin mərkəzi bankı 2024-cü il üçün iqtisadi artım proqnozunu 0,7 bənd azaldaraq 0,8%-ə endirib. Real ÜDM ilin ilk rübündə 0,2% azalıb, istehlak 0,1%, tikinti sərmayələri isə 3,1% geriləyib. Mərkəzi bank son 8 ayda faiz dərəcəsini 4 dəfə (hər dəfəsində 25 baza bəndi) azaldaraq 2,5%-ə endirib.

Əlavə büdcə əsasən 14,4 milyard dollarlıq (19,8 trilyon von) yeni dövlət istiqrazları ilə maliyyələşdiriləcək. 2025-ci il üzrə dövlət gəlirləri 465,9 milyard dollara endirilib. Gözlənilən büdcə kəsiri 80 milyard dollar, dövlət borcunun ÜDM-ə nisbəti isə 49% təşkil edəcək.

Qiymət Mahir

tag: Cənubi Koreya,Li Cae-myu,ABŞ,Büdcə,Todaypress.tv,