“Casperlar” ifşa edildi: 231 ünvanda əməliyyat, 70 nəfər saxlanıldı
Dünya
11.07.2025 18:02
Türkiyənin İstanbul şəhərində “Hamuş” ləqəbli İsmail Atızın rəhbərlik etdiyi silahlı mütəşəkkil cinayətkar qrup ifşa edilib.
TodayPress TV xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun istintaqına əsasən, “Casperlar” adı ilə tanınan bu qrup Bağcılar, Bahçelievler və Küçükçekmece də daxil olmaqla bir çox ərazidə “qəsdən adamöldürmə”, “xüsusilə ağır quldurluq”, “iş yeri atəşə tutma”, “narkotik ticarəti”, “qəsdən sağlamlığa zərər vurma”, “fahişəlik” və “azadlıqdan məhrum etmə” kimi cinayətlərə cəlb olunub.
İstintaq zamanı “Casperlar”ın “Daltonlar” adlı digər silahlı qrupla düşmən münasibətdə olduğu və Bağcılar İstoç Ticarət Mərkəzi ərazisində nəzarəti ələ keçirməyə çalışdığı müəyyən edilib. Həmçinin, qrupun varlığını davam etdirmək və maddi gəlir əldə etmək məqsədilə çox sayda sahibkar və obyektə qarşı hədə-qorxu yolu ilə pul tələb etdiyi bildirilib.
Proses çərçivəsində 126 nəfər barəsində həbs qərarı çıxarılıb. İstanbul polisi tərəfindən 231 ünvana eyni anda əməliyyat təşkil olunub, nəticədə 70 nəfər saxlanılıb. Axtarış zamanı 5 qanunsuz tapança, 190 patron, 46 ədəd psixotrop həblər və 940 qram narkotik vasitə aşkarlanıb.
Bundan başqa, cinayətkar qrupun təbliğatını aparan 45 sosial media hesabına giriş məhkəmə qərarı ilə bloklanıb.
Qiymət Mahir
tag: Casperlar,Türkiyə,Bakırköy ,İstanbul,Todaypress.tv,