Britaniyada “Kamelot” parkı sökülür
Dünya
13.07.2025 14:15
Britaniyanın Çorli şəhərində yerləşən və Kral Artur əfsanəsindən ilhamlanan “Kamelot” tematik parkının sökülməsi qərara alınıb.
TodayPress TV xəbər verir ki, “The Sun” qəzeti hazırda 2012-ci ildən bəri fəaliyyətsiz olan parkın yerində 80 milyon funt sterlinq dəyərində 350 mənzilin inşa ediləcəyini bildirib.
Ərazinin yenidən planlaşdırılması daha əvvəl – 2014 və 2017-ci illərdə də təklif olunmuşdu, lakin layihələr rədd edilmişdi. Bu dəfə tikinti şirkətləri yeni iş yerləri və bölgədə iqtisadi canlanma vəd edirlər.
Buna baxmayaraq, qonşu Heskin kəndinin sakinləri layihəyə qarşı çıxıb – sənədlərə 25 etiraz və cəmi bir razılıq təqdim olunub. Yerli əhalini vəhşi təbiətin məhv edilməsi, səs-küy, artan nəqliyyat və sosial infrastruktur çatışmazlığı narahat edir.
Qiymət Mahir
tag: Britaniya,Çorli, Kral Artur, “Kamelot”,Todaypress.tv,