Britaniya Ukraynaya maddi və hərbi yardım edəcək
Dünya
11.06.2025 17:03
Ukrayna hökuməti Britaniyadan 1,7 milyard funt-sterlinq (təxminən 2,3 milyard dollar) məbləğində vəsait cəlb edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Məqsəd ölkənin hava hücumundan müdafiə sistemlərini gücləndirməkdir. Şmıqalın sözlərinə görə, hökumət artıq müvafiq qərarı qəbul edib. Yeni silahlar arasında "Rapid Ranger" zenit-raket sistemləri və "Marlet" yüngül çoxməqsədli raketlər alacaq.
Baş nazir vurğulayıb ki, bu silahların alınması Ukraynanın hava hücumlarına qarşı müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək və düşmən hücumlarını dayandırmaq qabiliyyətini artıracaq.
Bundan əlavə, o bildirib ki, Böyük Britaniya bu ay pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün 350 milyon funt-sterlinq (təxminən 474 milyon dollar) həcmində yardım ayırıb. Bu yardım Ukraynaya 2025-ci il ərzində 100 minə qədər PUA əldə etməyə imkan verəcək.
Türkan İsgəndərli
tag: Ukrayna,Britaniya,Yardım,Hücum,todaypress.tv,