Britaniya Arktikada ordu yerləşdirməyi planlaşdırır
Dünya
29.05.2025 11:47
Britaniya Rusiyanın Arktikadakı hərbi mövcudluğunu artırması səbəbindən bölgədə daimi hərbi kontingent yerləşdirməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, Arktika sürətlə geosiyasi rəqabət zonası və NATO-nun əsas müdafiə cinahına çevrilir.
"Rusiya uzun illərdir burada hərbi mövcudluğunu artırır. Buna görə Arktikada təhlükələrin qarşısını almaq üçün tədbirlər görməliyik", – nazir qeyd edib.
Məlumata görə, kontingentin yerləşdirilməsi təklifi Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərini əhatə edən icmal sənədində yer alıb.
Ehtimal olunur ki, Britaniya hərbi qüvvələri Norveç ərazisinə, Londonun fəal əməkdaşlıq apardığı bölgəyə yerləşdirilə bilər. Mayın əvvəlində isə hər iki ölkə dəniz qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirib.
Türkan İsgəndərli
tag: Britaniya,Arktika,Rusiya,Ordu,todaypress.tv,