Rumıniyada prezident seçkilərinin ikinci turu başladı

Dünya

18.05.2025 09:25

Rumıniyada prezident seçkilərinin ikinci turu bu gün başlayıb.

TodayPress TV xəbər verir ki, ölkə üzrə 19 minə yaxın seçki məntəqəsi seçicilərin ixtiyarına verilib.

Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və saat 21:00-da başa çatacaq. Lakin növbədə olan seçicilərə gecə saat 23:59-a qədər səs vermək imkanı yaradılacaq.

Səslərin təhlükəsiz və qaydalara uyğun şəkildə toplanması üçün 43 mindən çox polis və jandarm cəlb olunub. Seçkilərdə ümumilikdə 18 milyona yaxın vətəndaş iştirak etmək hüququna malikdir. Xaricdə yaşayan rumıniyalılar üçün səsvermə cümə günü başlayıb və bu gün üçüncü gündür davam edir.

Prezident postu uğrunda mübarizə müxalif millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion və Buxarestin meri, avropayönlü müstəqil namizəd Nikuşor Dan arasında gedir.

Türkan İsgəndərli

tag: Rumıniya,Prezident,Seçki,Müxalif,todaypress.tv,