Berlin Moskvadan dönüş gözləmir: Almaniya müdafiə xərclərini artırır

Dünya

17.06.2025 09:30

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klingbayl bildirib ki, rəsmi Berlin Ukrayna münaqişəsində yalnız hərbi vasitələrlə deyil, diplomatik yollarla da fəaliyyət göstərir. Onun sözlərinə görə, Almaniya hökuməti daim diplomatiyaya üstünlük verib, lakin Rusiya prezidenti Vladimir Putin danışıqlar aparmaq istəmir və münaqişəni davam etdirmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “N-tv” kanalı məlumat yayıb.

Klingbayl qeyd edib ki, Moskvanın Ukrayna siyasətində hər hansı geri dönüş edəcəyinə ümid bəsləmək mənasızdır.

Nazir həmçinin Almaniyanın müdafiə xərclərini artıracağını açıqlayıb:

“Əgər nəticədə bu göstərici ÜDM-in 3 faizi olmalı olacaqsa, biz bunu edəcəyik; əgər 3,5 faiz tələb olunacaqsa, onu da edəcəyik”.

Qiymət Mahir

tag: Almaniya ,Moskva,Ukrayna v,Berlin ,Todaypress.tv,