Belçika Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxır
Dünya
02.10.2025 15:00
Belçika Avropa İttifaqından bütün maliyyə risklərinin bölüşdürülməsi ilə bağlı tam hüquqi təminat əldə etməyənədək öz yurisdiksiyasında yerləşən Rusiya aktivlərini müsadirə etməyəcək.
TodayPress TV xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Rusiya aktivlərini müsadirə etməyə hələ də razı deyil.
O qeyd edib ki, Belçika yalnız bütün Avropa İttifaqı ölkələrinin liderləri maliyyə risklərinin bölüşdürülməsi ilə bağlı tam hüquqi təminat verdikdən sonra bu addımı ata bilər.
De Veverin sözlərinə görə, Belçikada “Euroclear” platformasında saxlanılan Rusiya aktivləri gəlir və vergilər yaradır və hökumət bu vəsaitlərin mənimsənilməsinə qarşıdır.
Jalə Rövşən
tag: Belçika,Rusiya aktivləri, Avropa Siyasi Birliyinin sammiti,TodayPressTV,
