Bayden əməliyyat olundu

Dünya

05.09.2025 13:27

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden dəri xərçəngi lezyonları səbəbindən “mohs” əməliyyatı olub.

TodayPress TV  xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Ağ Ev sözçüsü Kelli Skalliyə istinadən məlumat yayıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə 82 yaşlı Baydenin alnında yara izi olduğu görünür. "CNN" isə əməliyyatın keçirildiyi dəqiq tarixin açıqlanmadığını yazıb.

Qeyd edək ki, “mohs” əməliyyatı dəri qatlarının ardıcıl şəkildə çıxarılaraq mikroskop altında yoxlanılması və xərçəng hüceyrələri tamamilə aradan qaldırılana qədər bu prosesin davam etməsi üsulu kimi tanınır.

Xatırladaq ki, may ayında Baydenə sümük toxumalarına metastaz verdiyi bildirilən prostat xərçəngi də diaqnoz qoyulmuşdu.

1942-ci il noyabrın 20-də anadan olan Bayden 2021–2025-ci illərdə ABŞ-nin 46-cı prezidenti olub.

Töhfə Səməd 

TodayPress TV

tag: ABŞ,Cozef Bayden,Dəri xərçəngi,Əməliyyat ,Todaypress.tv,