Bayden avtopodpis sistemindən istifadə etdiyini etiraf etdi

Dünya

14.07.2025 10:34

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden əfv fərmanlarının imzalanmasında avtomatik imza cihazından istifadə etdiyini rəsmi olaraq təsdiqləyib.

TodayPress TV xəbər verir ki, "The New York Times" qəzetinə verdiyi müsahibədə Bayden bildirib ki, bütün qərarlar şəxsən onun özü tərəfindən qəbul olunub, cihaz isə yalnız imza prosesini asanlaşdırmaq üçün istifadə olunub.

“İmzalayası sənədlərin sayı çox idi. Avtopodpis qanuni prosedurdur və məndən əvvəl Donald Tramp da daxil olmaqla bir neçə prezident tərəfindən istifadə olunub", – deyə Bayden vurğulayıb.

Bayden həmçinin qeyd edib ki, öz ailə üzvlərini də əfv edib. O, bunu təhlükəsizlik səbəbilə etdiyini, Tramp administrasiyasının potensial təqiblərindən qorxduğunu və bununla da vəkil xərclərindən yayınmaq istədiyini bildirib.

Qiymət Mahir

tag: ABŞ,Cozef Bayden ,Avtopodpis , Donald Tramp,Todaypress.tv,