Banqladeşdə hərbi təyyarə qəzaya uğradı: 19 nəfər həlak oldu

Dünya

21.07.2025 16:40

Banqladeşin paytaxtı Dakkanın Uttara bölgəsində yerləşən kollec ərazisinə hərbi təlim təyyarəsi düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Banqladeşin Yanğınsöndürmə Xidmətinin baş direktoru general Məhəmməd Zahid Kamal məlumat verib.

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "F-7 BGI" tipli təlim təyyarəsi Dakkanın Uttara bölgəsində yerləşən iki mərtəbəli kollecin giriş hissəsinə çırpılıb.

Hadisə baş verən vaxt dərs günü artıq başa çatıb. Bəzi tələbələr binanı tərk etsələr də, çoxu hələ də içəridə olub.

Təyyarə yerə çırpıldıqdan dərhal sonra alovlanıb və yanğın binaya yayılıb. Nəticədə azı 19 nəfər həyatını itirib, 150-dən çox insan isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ərazidə xilasetmə əməliyyatları davam etdirilir, qəzanın səbəbləri ilə bağlı araşdırma başladılıb.

Banqladeş hakimiyyəti 22 iyulu ölkədə ümummilli matəm günü elan edib. Həmin gün dövlət və hökumət binalarında, təhsil müəssisələrində, habelə xaricdəki Banqladeş səfirliklərində bayraqlar yarıya endiriləcək.

Töhfə Səməd

tag: Banqladeş,Dakkan,Uttara ,F-7 BGI,Hərbi ,Təyyarə,Todaypress.tv,