Avropa ölkələri Ukraynaya 1 milyard dollarlıq silah alacaq

Dünya

06.08.2025 09:38

Danimarka, Norveç, İsveç və Niderland Ukraynaya Amerika silahlarının təhvil verilməsini 1 milyard dollardan çox məbləğdə maliyyələşdirəcək. 

TodayPress TV bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.

Onun sözlərinə görə, Danimarka, Norveç və İsveç Ukraynaya əlavə 500 milyon dollarlıq Amerika silah paketini maliyyələşdirməyə qərar veriblər. Niderland isə avqustun 4-də 500 milyon avrodan çox dəyərində silah və sursatların, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasını maliyyələşdirməyə razılaşıb.

Bryus bildirib ki, ümumilikdə bu yardımın dəyəri 1 milyard dolları keçir. Bu silahlar Ukraynaya kritik infrastrukturu və mülki əhalini qorumaqda, habelə döyüş meydanında mövqeyini saxlamaqda kömək edəcək.

Qeyd edək ki, ABŞ də Ukraynaya 200 milyon dollardan çox hərbi yardım ayıracaq.

Türkan İsgəndərli

tag: Danimarka,Norveç,Ukrayna,Yardım,Todaypress.tv,