Avropa İstanbul danışıqlarında: Moskvanın təkliflərinə hazır deyildilər

Dünya

05.06.2025 12:24

“İyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raundu zamanı Fransa, Böyük Britaniya və Almaniyanın yüksək vəzifəli hökumət nümayəndələri də kulislərdə iştirak edib”. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Vladimir Çijov “Birinci kanal”ın efirində məlumat verib.

Çijovun sözlərinə görə, Ukrayna tərəfi Rusiya memorandumunun əvvəlcədən təqdim olunmasında israr edib. O, Avropa nümayəndələrinin İstanbulda məhz bu səbəbdən iştirak etdiyini ehtimal edir.

“Memorandum danışıqlar zamanı təqdim olunanda isə, artıq onların orada olmasının mənası qalmadı. Çünki nə Ukrayna nümayəndə heyəti, nə də avropalı müşahidəçilər Moskvanın təkliflərinə dərhal cavab verməyə hazır deyildi”, – deyə Çijov əlavə edib.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,İstanbul,Çijov,todaypress.tv,