Avropa “dron divarı” layihəsi üçün 4 uğurlu addım

Dünya

16.10.2025 16:33

Avropa “dron divarı” layihəsini uğurla həyata keçirmək üçün dörd addım atmalıdır.

TodayPress TV "Blomberg"ə istinadən xəbər verir ki, bunu amerikalı jurnalist Mark Çempion deyib.

O, layihənin adının dəyişdirilməli olduğunu, “divar” anlayışının yanıltıcı olduğunu bildirib.

Avropa, həmçinin, köhnə satınalma sistemlərindən imtina etməli və yalnız yüksək keyfiyyətli istehsalçılarla işləməlidir.

Çempionun fikrincə, Ukraynanın layihəyə qoşulması vacibdir, çünki onun təcrübəsi Avropa üçün önəmlidir. O əlavə edib ki, layihəyə dərhal başlanmalı, maliyyə və texniki məsələlər sonradan həll edilməlidir.

NATO baş katibi Mark Rutte də bildirib ki, Avropa İttifaqı və Alyans PUA istehsalı sahəsində effektiv əməkdaşlıq edir.

Xatırladaq ki, Avropa Komissiyası sentyabrda Aİ-nin şərq sərhədləri boyunca “dron divarı” yaratmaq planını açıqlayıb. Latviyanın baş naziri Evika Silina layihənin 1–1,5 il ərzində tamamlanacağını deyib.

Jalə Rövşən

TodayPress TV


tag: “dron divarı”,Avropa,Mark Çempion,NATO,Todaypress.tv,