Alovlar evi bürüdü, 11 yaşlı oğlan bacısına qaçdı

Alovlar evi bürüdü, 11 yaşlı oğlan bacısına qaçdı
10.09.2026 07:00 Dünya

Böyük Britaniyada 11 yaşlı oğlan evdə baş verən yanğın zamanı bir yaşlı bacısını xilas edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Hadisə sentyabrın 1-də ailənin digər qızının ad günü qeyd etdiyi vaxt baş verib. Uşaqların anası Samanta Sprus yardımçı otaqdan tüstü gəldiyini görərək övladlarını evdən çıxarmağa başlayıb. O, 11 yaşlı Harrisondan yuxarı mərtəbəyə qalxaraq kiçik bacısı İzabelli götürməsini istəyib. Oğlan evdə alovun artıq yayılmağa başladığı vaxt bacısını qucağına alaraq çölə çıxarıb.

İlkin ehtimala görə, yanğına təxminən dörd il əvvəl alınmış quruducu maşının nasazlığı səbəb ola bilər.

Yanğın nəticəsində mətbəx və yardımçı otaq demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb, tüstü və his isə dörd otaqlı evin digər hissələrinə də zərər vurub.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər