Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artır
Dünya
11.07.2025 13:39
Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı ildən-ilə artır.
TodayPress TV xəbər verir ki, bu barədə "RND" məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yalnız ilk yarısında etiqadına görə hərbi xidmətdən imtina üçün 1363 müraciət daxil olub.
2022-ci ildə 951, 2023-cü ildə 1079, 2024-cü ildə isə 2241 müraciət qeydə alınıb.
2025-ci ilin ilk altı ayındakı göstəricilər illik proqnozla 2726 müraciətə çata bilər ki, bu da yeni rekord olacaq.
Almaniya Ailə Məsələləri və Vətəndaş Cəmiyyəti üzrə Federal İdarəsinin nümayəndəsi qeyd edib ki, bu artım ölkədə hərbi çağırışın bərpasına qarşı açıq etiraz siqnalı kimi qiymətləndirilə bilər.
Ekspertlərin fikrincə, xüsusilə koronavirus pandemiyası dövründə iqtisadi sıxıntılarla üzləşən və dövlətin dəstəyini zəif hiss edən gənclər, təhsildə çətinlik çəkən, mənzil tapmaqda əziyyət çəkən və yüksək kirayə haqları ilə mübarizə aparan şəxslər indi hökumət siyasəti naminə həyatlarını riskə atmaq istəmirlər.
Türkan İsgəndərli
tag: Almaniya,Ordu,Əsgər,Hərbi xidmət,Todaypress.tv,