Aİ Rusiya diplomatlarının səyahətlərinə məhdudiyyət qoyur
Dünya
07.10.2025 11:15
Avropa İttifaqına üzv ölkələrin hökumətləri Rusiya diplomatlarının blok daxilində səyahətlərinin məhdudlaşdırılması məsələsində razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Moskva tərəfindən maliyyələşdirilən casuslar NATO ölkələrinə qarşı təxribatların artırılmasında ittiham olunur. Bu isə Aİ-nin təhlükəsizlik xidmətlərinin fikrincə, Kiyevin Avropadakı müttəfiqlərini qeyri-sabitləşdirmək üçün həyata keçirilən koordinasiyalı kampaniyanın bir hissəsidir”, - deyə nəşr bildirib.
Təklif edilən yeni qaydalara əsasən, Aİ paytaxtlarında fəaliyyət göstərən Rusiya diplomatları ölkənin sərhədini keçməzdən əvvəl səyahət planları barədə əvvəlcədən məlumat verməli olacaqlar.
Qeyd edək ki, səyahətlərin məhdudlaşdırılması təşəbbüsü Çexiya tərəfindən irəli sürülüb. Bu addım Brüssel tərəfindən hazırlanmaqda olan yeni sanksiyalar paketinin bir hissəsidir.
Aysel Mətləb
tag: Moskva ,Aİ ,Diplomat,Məhdudiyyət ,Todaypress.tv,
