Aİ rəsmisi: “Ukraynaya kömək etməsək,...”
Dünya
18.06.2025 12:21
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, əgər Avropa Ukraynaya dəstəyi dayandırsa, “rus dili öyrənməyə başlamaq lazım gələcək”.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Avropanın ilk müdafiə xəttidir və Rusiya yalnız gücə reaksiya verir. Kallas həm Ukraynaya, həm də Avropanın öz təhlükəsizliyinə daha çox diqqət ayırmağı vacib sayır.
“NATO-nun Baş katibi Mark Rütteni sitat gətirəcəyəm: əgər Ukraynaya kömək etməsək, rus dilini öyrənməli olacağıq. Ukrayna bu gün döyüş meydanında nə qədər güclüdürsə, sabah danışıqlar masasında da bir o qədər güclü olacaq – nə vaxt ki, Rusiya danışmağa hazır olacaq”, – deyə o vurğulayıb.
Kallas əlavə edib ki, ötən il Rusiya müdafiə sahəsinə Aİ-nin ümumi xərclərindən daha çox vəsait ayırıb. Onun fikrincə, bu, “uzunmüddətli aqressiya” planlarının göstəricisidir.
“Əgər bu qədər çox vəsait ayırırsansa, deməli, ordunu da istifadə etməyi planlaşdırırsan”, – deyə o bildirib.
Qiymət Mahir
tag: NATO,Ukrayna,Avropa,Rusiya,Todaypress.tv,