Ağ Evdə Trampla Zelenskinin görüşü başladı- YENİLƏNDİ

Dünya

17.10.2025 22:46

Ağ Ev Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşdə iştirak etməyə razılıq verəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə “CBS News” Ağ Evin mətbuat katibi Kerolayn Leavittə istinadən məlumat yayıb.

“Hələ də Zelenskinin bu danışıqlarda iştirak edə biləcəyi ehtimalı var. Ən azından Ağ Ev buna ümid edir”, Livitt deyib.

Livitt həmçinin jurnalistlərə bildirib ki, Tramp Zelenskidən oktyabrın 17-də Putinlə görüşdə iştirak etməyi xahiş edəcək.

***

22:30

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və Ukrayna lideri Volodimir Zelenski Ukraynanın Rusiya ərazisinə dərinliyinə zərbələr endirməsinə imkan verəcək yeni imkanları müzakirə etməyi planlaşdırırlar.

TodayPress TV-nin "CNN"ə istinadən məlumatına görə, Ağ Ev rəhbəri bunun eskalasiya olacağını etiraf edib.

"Biz bu barədə danışacağıq", - deyə Tramp yeni imkanların müzakirə olunub-olunmayacağı barədə suala cavab olaraq deyib: "Biz bu barədə danışacağıq. Siz haqlısınız. Bu, eskalasiya olacaq, amma biz bu barədə danışacağıq".

Tramp "Tomahawk"lar məsələsini konkret olaraq qeyd etməyib, lakin bu gün aparılacaq müzakirələrin mərkəzində Amerika istehsalı olan uzaq mənzilli raketlərin dayanacağı gözlənilir.

***

21:39

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

Bu barədə TodayPress TV ”NBC News"a istinadən xəbər verir.

tag: Ukrayna, Zelenski, ABŞ, Ağ Ev, todaypress.tv,