ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır
22.07.2025 16:39 Dünya

Amerika Birləşmiş Ştatları (ABŞ) BMT-nin Təhsil, Elm və Mədəniyyət Agentliyi olan UNESCO-dan çıxmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, ölkənin təşkilatdan rəsmi çıxışı 31 dekabr 2026-cı ildə baş tutacaq. Məlumata əsasən, qərar artıq UNESCO rəhbərliyinə çatdırılıb.

Dövlət Departamenti qeyd edib ki, UNESCO-ya üzvlük ABŞ-nin milli maraqlarına cavab vermir.

Qeyd edək ki, bu, ABŞ-nin UNESCO ilə münasibətlərində ilk gərginlik deyil. Vaşinqton daha əvvəl də təşkilatdan çıxmış və maliyyə ödənişlərini dayandırmışdı.

Türkan İsgəndərli


***


14:26


ABŞ Prezidenti Donald Tramp ölkəsini UNESCO-dan çıxarmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Bildirilib ki, buna səbəb təşkilatın anti-Amerika yönümlü addımlarıdır.

Töhfə Səməd

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər