ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Dünya

25.10.2025 17:35

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Ukraynadakı müharibəni davam etirəcəyi təqdirdə rəsmi Moskvanın iqtisadiyyatının əsas sektorlarına tətbiq oluna biləcək əlavə sanksiyalar hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Vaşinqton həmçinin avropalı müttəfiqlərini Ukrayna üçün Amerika silahlarının alınması məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadəni dəstəklədiyi barədə məlumatlandırıb.

Bundan əlavə, ABŞ-də ölkədə yerləşən Rusiya aktivlərinin Kiyevin hərbi səylərini dəstəkləmək üçün yönləndirilməsi ehtimalı ilə bağlı daxili müzakirələr başlayıb.

Ağ Evin avropalı tərəfdaşlarından Moskvaya qarşı növbəti addımı atılmasını, bu addımın isə yeni sanksiyalar və ya əlavə tariflər ola biləcəyini gözlədiyi bildirilir.

TodayPress TV

tag: ABŞ,Rusiya,Sanksiya,Tətbiq,Todaypress.tv,