ABŞ Rusiya neftinin qiymət tavanını endirməkdən imtina etdi
ABŞ maliyyə naziri Skott Bessent, Kanadanın Banff şəhərində keçirilən G7 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin görüşündən sonra qəbul edilən yekun komünikedə Rusiya neftinə qiymət tavanı ilə bağlı açıq ifadələrin yer almasına qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" (FT) məlumat yayıb.
Bildirilib ki, toplantıya sədrlik edən Kanada tərəfi bəyanatda Rusiya neftinin qiymət tavanının endirilməsinə dair niyyətin birbaşa ifadə olunmasını təklif edib. Lakin bu fikir Bessentin istəyi ilə yekun sənədə daxil edilməyib.
Nəticə etibarilə, yekun komünikedə Rusiya əleyhinə sanksiyaların gücləndirilməsi ilə bağlı ümumi ifadələrə yer verilib.
Qeyd edilib ki, Ukrayna münaqişəsinin həllində irəliləyiş olmadığı təqdirdə G7 ölkələri Rusiya üzərində təzyiqləri artıracaqlar.
Töhfə Səməd
tag: ABŞ,Rusiya,Neft,Qiymət,todaypress.tv,