ABŞ Livandakı diplomatlarını təxliyə edir
Dünya
22.06.2025 22:45
ABŞ hökuməti regionda təhlükəsizliklə bağlı sabit və proqnozlaşdırıla bilməyən vəziyyət səbəbindən Livandakı diplomatik missiya əməkdaşlarının ailə üzvlərinin və bəzi diplomatik heyətin ölkədən çıxarılması barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 22 iyun 2025-ci il tarixli yazılı açıqlamasında bildirilib.
Sənəddə qeyd olunub:
“ABŞ Dövlət Departamenti 2025-ci il iyunun 22-də Livanda təhlükəsizliyin qeyri-sabit və proqnozlaşdırıla bilməyən vəziyyətdə olması ilə əlaqədar diplomatik missiyada fövqəladə fəaliyyətlərlə birbaşa əlaqəsi olmayan dövlət qulluqçuları və onların ailə üzvlərinin ölkəni tərk etməsini tələb edib”.
Qeyd edək ki, oxşar bir qərar 2024-cü ildə İsrail və Livan arasında yaranmış gərginlik fonunda da verilmiş, lakin sonradan ləğv edilmişdi.
Hazırkı vəziyyəti nəzərə alan ABŞ Dövlət Departamenti vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edir.
Töhfə Səməd
tag: ABŞ ,Livan,Diplomatik,Təxliyə,todaypress.tv,