BMT ABŞ ilə Fələstin nümayəndə heyəti üçün viza məsələsini müzakirə etdi

Dünya

04.09.2025 01:45

BMT nümayəndələri ABŞ administrasiyasının rəsmiləri ilə beynəlxalq təşkilatın Baş Assambleyasının növbəti sessiyası ərəfəsində ABŞ-nin Fələstin nümayəndə heyətinin üzvlərinə viza verilməsindən imtina qərarını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Biz qərargah razılaşması üzrə öhdəliklərinə əsaslanaraq, bu məsələni birbaşa ABŞ səlahiyyətliləri ilə qaldırdıq, aydınlıq əldə etməyə çalışırıq. Düşünürəm ki, bu qərarın nəticələrinin həddən artıq qorxulu olduğu aydındır",- o deyib.

Xatırladaq ki, avqustun 29-da Dövlət Departamenti BMT Baş Assambleyasının növbəti sessiyası ərəfəsində Fələstin Azadlıq Təşkilatının üzvlərinə və Fələstin Milli Administrasiyasının rəsmilərinə, o cümlədən Fələstin prezidenti Mahmud Abbasa viza verməkdən imtina edib.

tag: BMT,ABŞ,Fələstin,Viza,Todaypress.tv,