ABŞ-də "legioner" xəstəliyindən dördüncü ölüm qeydə alındı

Dünya

15.08.2025 14:02

ABŞ-nin Nyu-York şəhərində "legioner" xəstəliyindən daha bir nəfər dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, beləliklə ölənlərin sayı 4-ə çatıb.

Şəhər üzrə aparılan araşdırmalar nəticəsində 10 binanın 12 soyuducuda xəstəliyə səbəb olan "Legionella" bakteriyası aşkar edilib. Bu binalar arasında bir xəstəxana və bir klinika da var. 11 soyuducu sistemində isə artıq bakteriyalara qarşı təmizləmə və dezinfeksiya işləri aparılıb.

"Legioner" xəstəliyi (legionellyoz) isti və ilıq suda çoxalan Legionella bakteriyasının yaratdığı ağır pnevmoniya növüdür. Xəstəlik insandan insana keçmir, əsas yoluxma mənbəyi isə su sistemləri və havaya yayılan su damcılarıdır.

Qeyd edək ki, iyulun sonlarında Nyu-Yorkda legioner xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq edilmişdi. Mütəxəssislər şəhərdəki bütün soyuducu su sistemlərindən nümunələr götürüblər. Müsbət nəticə çıxan binalarda təmizləmə işlərinə başlanılıb.

Türkan İsgəndərli

tag: Legioner,Xəstəlik,ABŞ,Nyu-York,Todaypress.tv,