ABŞ-də fövqəladə vəziyyət elan edildi

Dünya

15.07.2025 17:01

Şiddətli yağışlar səbəbilə ABŞ-nin Nyu-Cersi və Texas ştatlarında daşqın təhlükəsi böyüyür, hakimiyyət orqanları fövqəladə tədbirlər görür.

TodayPress TV xəbər verir ki, "NBC News"un məlumatına görə, Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi güclü yağışlar fonunda fövqəladə hal elan edib.

“Zəhmət olmasa evinizdə qalın və zəruri olmayan səyahətlərdən çəkinin”, – deyə o, sakinlərə müraciət edib.

Nyu-York Şəhəri Fövqəladə Halların İdarə Olunması Departamenti isə “X” platformasında (əvvəlki Twitter) yayımladığı açıqlamada, zirzəmidə yaşayanlara xəbərdarlıq edib:

“Ani sel gecə də daxil olmaqla çox az xəbərdarlıqla baş verə bilər. Telefonunuzu, fənərinizi və fövqəladə çantanızı yanınızda saxlayın. Daha yüksək bir yerə köçməyə hazır olun”.

Qiymət Mahir

tag: ABŞA,Hadisə,Daşqın,Nyu-Cersi,Todaypress.tv,