İran generalı Trampı “axmaq” adlandırdı
Dünya
24.06.2025 14:08
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Məhəmməd Pakpur ABŞ prezidenti Donald Trampı “axmaq” adlandırıb və Vaşinqtonu xəbərdarlıq edib: əgər yenidən hücum olarsa, Tehran daha sərt cavab verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, SEPAH qüvvələri iyunun 23-ü axşam ABŞ-nin Qətərdə yerləşən Əl-Üdeyd aviabazasına “sarsıdıcı və güclü raket zərbəsi” endirib. Bu, Vaşinqtonun İranın nüvə obyektlərinə hücumuna cavab olaraq həyata keçirilib.
Pakpurun sözlərinə görə, ABŞ-ninm Qətərdəki mərkəzi komandanlıq bazası – “Amerikanın döyünən ürəyi” adlandırılan Əl-Üdeyd – çoxpilləli müdafiə sistemləri ilə qorunsa da, zədələnib. General bildirib ki, Tramp “sionist rejimin yaşaması naminə ABŞ vətəndaşlarının təhlükəsizliyini və maraqlarını qurban verir”.
O, əlavə edib ki, İran əleyhinə istənilən yeni təcavüz daha güclü cavabla nəticələnəcək və ABŞ-ni peşman edəcək:
“Ağ Evə tarixdə qalacaq dərs veriləcək”.
Məlumata görə, “Qələbə haqqında xoş xəbər” adlı əməliyyat çərçivəsində İran ordusu 6 raketi Qətərə, 1-ni isə İraqdakı ABŞ bazasına atıb. “Press TV” bildirir ki, onların üçü Əl-Üdeyd aviabazasını vurub.
Qiymət Mahir
tag: Amerika,Vaşinqton,ABŞ,İran,İsrail,Todaypress.tv,