34 əcnəbi Gürcüstandan deportasiya olundu

Dünya

12.08.2025 12:18

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində son günlər ərzində 34 əcnəbi ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları deportasiya edilib.

Qanunvericiliyə əsasən, onların Gürcüstana yenidən girişi qadağan olunub.

Nazirliyin açıqlamasında bildirilib ki, Miqrasiya Departamenti qeyri-qanuni miqrasiya ilə mübarizə aparır, qanunsuz şəkildə ölkədə olan xarici vətəndaşların müəyyənləşdirilməsi və deportasiyası da onun səlahiyyətlərinə daxildir.

tag: Gürcüstan,Əcnəbi,Deportasiya,Qərar,Todaypress.tv,