Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Cəmiyyət

28.04.2026 15:18

Küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

tag: Zığ dairəsi,Hava Limanı,Külək,Sürət həddi,Todaypress.tv,