Yeni günə oyanan Ağalı

Cəmiyyət

25.06.2025 14:41

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir.

Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntüləri şərhsiz təqdim edirik:

https://www.youtube.com/watch?v=stipLjdLRAU&embeds_referring_euri=https%3A%2F%2Fidp.gov.az%2F&source_ve_path=MjM4NTE

tag: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,Video,Ağalı,Təqdimat,Todaypress.tv,