Adnan Əhmədzadə ilə bağlı yeni məlumatlar ortaya çıxdı
Cəmiyyət
28.09.2025 13:34
SOCAR-ın sabiq əməkdaşı, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə qurumun sabiq vitse-prezidenti Mikayıl İsmayılov arasında yaxın əlaqələr haqqında məlumat yayılıb.
TodayPress TV xəbər verir ki, məlumata əsasən Adnan Əhmədzadənin müdafiəçisi vəkil Şaiq Mirzəyev vaxtilə “Az-Qranata” MMC-nin baş direktoru olub.
Bu şirkətin mediada Mikayıl İsmayılov və ailəsinə aid olduğu qeyd edilib. Şaiq Mirzəyev hazırda Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin barəsində qalmaqallı atalıq işində vəkil kimi fəaliyyət göstərir.
Fidan Abbasova bildirib ki, 2015-ci ildə dünyaya gələn övladının atası olaraq Orxan İsmayılzadə məsuliyyəti qəbul etməyib. Daha sonra barışıq təklifi gəlsə də, Abbasova onu imzalamayıb və aliment tələb edib. Hazırda Orxan İsmayılzadə İstanbulda yaşamasına baxmayaraq aliment ödəməyib.
Fidan Abbasova, Şaiq Mirzəyevin Adnan Əhmədzadənin vəkili olmasında Mikayıl İsmayılovun keçmiş rolu ola biləcəyini ehtimal edir.
Qeyd edək ki, Adnan Əhmədzadə 19 sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Onun iqtisadi təxribat və külli miqdarda mənimsəmə ittihamları ilə əlaqəsi olduğu bildirilir.
tag: Adnan Əhmədzadə,Şaiq Mirzəyev,Mikayıl İamayılov,TodayPressTV ,Socar,
