Yasamalda evlər plana düşür: "Heç maraqlanıblar ki, evlər neçəyədir?!"
Cəmiyyət
15.10.2025 17:03
Bakının Yasamal rayonunda yeni söküntü prosesinin həyata keçiriləcəyi bildirilir. Qeyd olunur ki, rayon ərazisində yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Bəzi mənbələrdə həmin ərazilərdə park salınacağı, bəzilərində isə yaşayış kompleksinin tikiləcəyi qeyd olunur.
Rəsmi qurumlar tərəfindən sakinlərin bu barədə məlumatlandırıldığı deyilsə də, ərazi sakinləri bununla bağlı heç bir rəsmi bildiriş almadıqlarını, söküntü barədə yalnız sosial şəbəkələrdən xəbər tutduqlarını deyirlər.
Məlumata görə, əmlakı söküləcək sakinlərə minimum 2 min manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub. Bu məbləğin evin dəyərindən asılı olaraq artması və ya azalması mümkündür.
Lakin ev sahibləri təklif olunan kompensasiyanın az olduğunu bildirərək narazılıq edirlər. Onlardan bəziləri kompensasiyanın nağd şəkildə ödənilməsini istəyir, digərləri isə yaşadıqları ünvanda yeni mənzil ilə təmin olunmalarını tələb edirlər.
Ətraflı süjetdə:
tag: Sovetski,Papanin,Söküntü,Məlumat,Todaypress.tv,
