Yağış yağacaq – SABAHIN HAVASI
Cəmiyyət
26.09.2025 13:09
Azərbaycanda sentybarın 27-də yağışlı hava şəraiti gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.
tag: Hava,Yağış,temperatur,Dərəcə,Todaypress.tv,
 
        
 
                                ![Ədliyyə orqanlarına [[qəbulla bağlı keçirilmiş]] söhbət mərhələsinin nəticələri açıqlandı](/uploads/news/6863d0cf248db.webp) 
                                            ![30 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/682c42688fc2e.webp) 
                                            ![Ali Məhkəmənin hakimi [[Nigar Rəsulbəyova]] təqaüdə yola salındı](/uploads/news/68720e5ab97bf.webp) 
                                            ![Yağış yağacaq – [[SABAHIN HAVASI]]](/uploads/news/68f5f57e5c69f.webp) 
                                            ![Şahin Bağırov Siyəzəndə [[vətəndaşları]] qəbul edəcək](/uploads/news/687e3b8134d6c.webp) 
                                            ![Cərrahi əməliyyatların [[sayı]] azaldı](/uploads/news/689c336f827fa.webp) 
                                            ![7 marşrut üzrə keçirilən [[müsabiqələrin qalibləri]] müəyyən edildi](/uploads/news/68b0470b9612c.webp) 
                                            ![Qırğızıstana [[elektron icazə blankı ilə]] ilk dəfə yük daşındı](/uploads/news/688cc51f88e11.webp) 
                                            ![Avtobus idarə edəcək [[qadın sürücülər]] hazırlanır](/uploads/news/689c298086ca7.webp) 
                                            ![Məcburi köçkünlərin qarşısında iki seçim var [[- DEPUTAT]]](/uploads/news/68bae3c84f4c4.webp) 
                                            