Aqil Abbas köçkünlərdən danışdı: “Ev sahibləri 5-6 ay da dözsünlər...”
Cəmiyyət
09.09.2025 17:36
Milli Məclisin deputatı Aqil Abbas məcburi köçkünlərin yerləşdikləri evlərdən çıxarılması məsələsinə münasibət bildirib.
Deputat bu barədə TodayPress TV-yə danışıb.
O bildirib ki, qanunda da həmin insanlara başqa ev tapılarsa, onda onların məskunlaşdığı evlərdən çıxarıla biləcəyi deyilib. Amma indi isə bu məsələni şouya çeviriblər. İnsanların səslərini, görüntülərini yayırlar.
Aqil Abbas onu da qeyd edib ki, məcburi köçkünlərin arzusu öz doğma evlərinə qayıtmaqdır:
"Onlar hissə-hissə yurdlarına qayıdırlar. 30 ildən çoxdur ki, həmin ev sahibləri dözürlər. 5-6 ay da dözsələr, dünya dağılmayacaq".
Millət vəkili, həmçinin əlavə edib ki, bəzi qüvvələr bu mövzudan sui-istifadə etməyə çalışırlar. Məcburi köçkünləri gözdən salmaq, ev sahibləri ilə davaya sürükləmək istəyən qüvvələr var. Onların məqsədi ölkəni qarışdırmaqdır.
Türkan İsgəndərli
tag: Aqil Abbas,Deputat,Məcburi köçkün,Münasibət,Todaypress.tv,