Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi

Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi
14.07.2026 19:20 Cəmiyyət

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir işləri çərçivəsində daha üç ünvanda yenidənqurma işləri yekunlaşıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində həyata keçirilib.

Qeyd olunub ki, təmirin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər