Sədaqət Qəhrəmanova: “Gender ayrı-seçkiliyi ailədən başlayır”
Cəmiyyət
25.09.2025 11:38
"Gender məsələsi bəzən düzgün başa düşülmədiyi üçün mübahisələrə səbəb olur”.
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, gender anlayışı sosial məsələdir və bu, insanın peşəkarlığı ilə ölçülməlidir:
“Əslində, mütəxəssisin cinsi olmur. Həm qadın, həm də kişi istənilən vəzifəni icra edə bilər. Burada əsas olan işin düzgün yerinə yetirilməsidir”.
Komitə rəsmisi qeyd edib ki, gender ayrı-seçkiliyi çox vaxt ailədən başlayır:
“Bəzi hallarda valideynlər yalnız oğlan uşağına üstünlük verirlər. Halbuki ailədə yaranan hər bir məsələ bütün fərdlərə bərabər məsuliyyət yükləməlidir”.
Sədaqət Qəhrəmanova cəmiyyətin gender mövzusunda məlumatlandırılmasının və maarifləndirilməsinin vacibliyini də vurğulayıb.
Türkan İsgəndərli
tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,
